İki qadın güləşçimiz Avropa Oyunlarına inamlı qələbə ilə başladı

27 İyun 2019 13:34

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub. 1/8 final mərhələsində, 57 kq çəki dərəcəsində Alyona Kolesnik Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib.

1/8 final mərhələsinin 62 kq çəki dərəcəsində isə güləşçimiz Elmira Qəmbərova almaniyalı Luzi Manke üzərində 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün 1/8 final mərhələsinin 76 kq çəki dərəcəsində Səbirə Əliyeva alman təmsilçisi Aykaterinierini Pitsiava ilə qarşılaşacaq.

1/4 final mərhələsində isə Mariya Stadnik (50 kq) - İtaliya təmsilçisi Emanuela Liuzzi və ya Polşa təmsilçisi Anna Lukasiak ilə güləşəcək. Alyona Kolesnikin rəqibi isə bolqarıstanlı Mimi Xristova olacaq.

Milli.Az