General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO

27 İyun 2019 11:34

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi. Bu təyinat günlərdir müzakirə olunur.

Milli.Az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl modern.az-a açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

"Biz Əli Nağıyevlə birlikdə "Çaykənd əməliyyatı"nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi",- deyə İ.İsmayıl bildirib.

Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb. Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.

Milli.Az xüsusi xidmət orqanlarrının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir.

Milli.Az