250 nəfəri aldadıb, azərbaycanlı sevgilisi ilə qaçdı

27 İyun 2019 12:24

Türkiyənin Aydın bölgəsinin Germencik rayonunda 37 yaşlı İbrahim B. axtarışa verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 250 nəfərin adına kredit götürdükdən sonra azərbaycanlı sevgilisi ilə Türkiyədən qaçıb.

Məlumata əsasən, onun vətəndaşlara vurduğu ziyan ümumilikdə 10 milyon lirə (təxminən 2,9 milyon AZN - red.) həcmində dəyərləndirilir.

Qeyd edilib ki, İbrahim B. evlidir və üç uşağı var.

Milli.Az