Azərbaycan Turizm Bürosu: İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və mütləq şəkildə onlardan istifadə etməliyik

27 İyun 2019 11:14

Azərbaycan üçün turizm baxımından İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və biz mütləq şəkildə onlardan istifadə etməliyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, gələcək illər üçün qarşılarına bir neçə məqsəd qoyulub:

"Məqsəd yalnız ölkəyə gələn turistlərin çoxalması deyil, eləcə də Azərbaycanın təqdim etdiyi turizm məhsullarınn sayının artırılmasıdır. Biz qarşımızdakı çətinliklərin öhdəsindən gəlməyə çalışacağıq. Eyni zamanda bir neçə əlverişli situasiya yaranıb ki, biz onlardan maksimum şəkildə yararlanmalıyıq. Dünən müvafiq bir vebsaytda xəbər çıxmışdı ki, biz Rusiyadan gələn qonaqları qarşılaya bilməyəcəyik, hesab edirəm ki, bizim həm keyfiyyət, həm də bütün başqa cəhətlərdən onları qəbul etməyə şəraitimiz mövcuddur".

Milli.Az