Mematini heç vaxt belə görməmişdiniz - FOTO

27 İyun 2019 10:09

"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə milyonların sevgisini qazanan aktyor Gürkan Uygun fermasından çölə çıxmır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktyor yay tətilində dənizə getmək əvəzinə fermanı daha üstün tutub.

Aktyor Kocaelidəki fermasında gözəl vaxt keçirir. Aktyor dəryazla ot biçib. Fermada fındıq ağacları var və Gürkan artıq məhsul yığmağa hazırlaşır.

Qeyd edək ki, Gürkan Uygun yay aylarını daha çox ailəsi ilə birlikdə Kocaelidə keçirir.

Milli.Az