Paytaxt Kiyev başqa əraziyə köçürülür?

27 İyun 2019 10:49

Ukrayna Prezidenti Vladimir Zelenskinin tərəfdarları paytaxt Kiyevin başqa əraziyə köçürülməsini təklif ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın "Müxalif platforma-Həyat üçün" partiyasından olan deputatı Vadim Rabinoviç bildirib.

"Ukraynanın paytaxtı Kiyevi başqa əraziyə köçürmək lazımdır. Bu, Zelenski partiyasının rəsmi bəyanatıdır", - deyə Rabinoviç söyləyib.

O, paytaxtı məhz hansı əraziyə köçürmək istədiklərinə dair məlumatı olmadığını da sözlərinə əlavə edib.

Milli.Az