Rusiyada təyyarə qəzası: 2 pilot öldü, 22 yaralı...

27 İyun 2019 09:04

Rusiya Federasiyasının Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 pilot həlak olub, 22 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib, digərləri yaralananlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmçinin təyyarədəki 42 nəfər böyük və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxıb və binaya çırpılıb. Təyyarə bundan sonra yanmağa başlayıb.

Milli.Az