Gürcü larisi tarixi minimumu yenilədi

26 İyun 2019 22:04

Gürcü larisi Rusiya tərəfindən tətbiq edilən turizm embarqosu fonunda dəyərini itirməyə davam edir.

Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, 27 iyun üçün larinin 1 dollara qarşı rəsmi məzənnəsi 2,8470 lari təşkil edir, bu isə bu günün məzənnəsindən də 0,5 faiz aşağıdır.

Gürcüstan statiskasının məlumatına əsasən, 2018-ci ildə Gürcüstana gələn turistlərin 21 faizi Rusiyadan olub.

Milli.Az