80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs ələ keçdi - FOTO

26 İyun 2019 17:36

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S. Ələskərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

Milli.Az