Hacı Əliyevdən növbəti qələbə - Güləşçimiz yarımfinalında

26 İyun 2019 14:40

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 65 kq çəki dərəcəsində olan idmançımız 1/4 final görüşündə Belarus təmsilçisi George Kolievi 7:5 hesabı ilə məğlub edərək yarımfinala keçid alıb.

Qeyd edək ki, Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edib.

Milli.Az