Bu ölkə turistlər üçün əvvəlki kimi cəlbedici deyil

26 İyun 2019 21:07

Keçmiş sovet respublikalarından olan turistlər istirahət üçün Latviyanı əvvəlki kimi həvəslə seçmirlər. Buna səbəb ölkənin avroya keçməsindən sonra qiymətlərin sürətlə artmasıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın turizm baxımından əsas gəlir mənbəyi olan rusiyalı turistlər indi daha çox Türkiyə və Macarıstana üz tuturlar. Lakin Latviya hələlik ilk onluqda qalır. Siyahıda, həmçinin Yunanıstan, Gürcüstan, Çexiya, Azərbaycan və Bolqarıstan var.

Bu il ən bahalı istiqamətlər isə Yamayka, İsveçrə, Seyşel adaları və Mavrikidir.

Milli.Az