Estoniya ilə Finlandiyanı birləşdirən Baltik qaz kəməri istifadəyə verilib

26 İyun 2019 17:54

Estoniya ilə Finlandiyanı birləşdirən Baltik qaz kəməri vaxtından əvvəl istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu 77 kilometr olan kəmərin inşasında məqsəd iki ölkə arasında təbii qazın nəqlini həyata keçirməklə regional enerji təhlükəsizliyini təmin etməkdir.

Qaz kəmərinin inşasına 2018-ci ildə başlanılıb. Fin körfəzini keçən kəmər vasitəsilə hər il 2 milyard kubmetr qaz nəql ediləcək. Ümumilikdə, tikinti işlərinə 300 milyon avro vəsait sərf olunub. Vəsaitin bir hissəsi Avropa İttifaqı, qalanı isə Finlandiya və Estoniya hökumətləri tərəfindən ödənilib.

Milli.Az