Türkiyədə ağır qəza: 10 ölü, xeyli yaralı var - FOTO

26 İyun 2019 09:54

Türkiyədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Anadolu agentliyinə istinadla xəbər verir ki, Edirnə şəhərində miqrantları daşıyan mikroavtobus qəzaya düşüb. Nəticədə 10 nəfər ölüb, xeyli yaralı var.

Qeyd edək ki, qəzaya səbəb yüksək sürətlə hərəkət edən mikroavtobusun aşmasıdır.

Emin
Milli.Az