Badmintonçumuz 1/8 finalda

25 İyun 2019 22:14

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni "Minsk 2019" II Avropa Oyunlarında ikinci oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, şəxsi yarışlarda G qrupunda mübarizə aparan idmançı Lüksemburq idmançısı  Robert Mannla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan badmintonçusunun 2:0 (21-15,21-18,) hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra Ezmi 1/8 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, Ezmi Qovimuramadhon sabah rusiyalı Vladimir Malkovla qarşılaşacaq. O, ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimonu 2:1 hesabı ilə məğlub etmişdi.

Milli.Az