"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi - YENİLƏNİB

25 İyun 2019 22:17

22:17

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın "Ufa" və iyulun 2-də Çexiyanın "Viktoriya" klubları ilə də yoxlama oyunu keçirəcək.

25 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Krayova" - 0:0

21:26

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşır.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın "Ufa" və iyulun 2-də Çexiyanın "Viktoriya" klubları ilə də yoxlama oyunu keçirəcək.

25 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Krayova" - 0:0 (İkinci hissə)

Milli.Az