Güləşçimiz finalda - Avropa Oyunları

25 İyun 2019 20:19

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov finala vəsiqə qazanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda rusiyalı Zaur Uquyevi 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Əmiraslanov sabah keçiriləcək finalda serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək.

Milli.Az