Azərbaycan Monteneqroda aeroportların idarə olunması ilə bağlı tenderdə iştirak edə bilər

25 İyun 2019 18:39

"Monteneqro iki hava limanının idarə olunması və investisiyaların cəlb olunması üçün beynəlxalq tender elan edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, tenderdə iştirak etmək üçün təklif Azərbaycan şirkətlərinə də göndərilib:

"Biz qərara almışıq ki, hər iki ölkədə investisiya layihələri ilə bağlı məlumatları paylaşaq. Bu, Azərbaycan və Monteneqro şirkətlərinə bu layihələrdə iştirak etməyə imkan yaradacaq".

Milli.Az