Velosipedçilərimiz 29-cu və 31-ci oldu - Minsk-2019

25 İyun 2019 18:34

Azərbaycan velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov II Avropa Oyunlarında şosse növündə çıxış ediblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Əsədov 36 dəqiqə 50,80 saniyə ilə yarışı 29-cu pillədə başa vurub. Cəbrayılov isə 37 velosipedçi arasında 31-ci yeri tutub. O, finiş xəttinə 37 dəqiqə 39,39 saniyəyə çatıb.

Yarışın qalibi 33 dəqiqə 3,34 saniyə ilə Vasili Kiriyenko (Belarus) olub.

Milli.Az