ATV-nin məşhur aparıcısı SOCAR-da çalışacaq

25 İyun 2019 18:19

"ATV xəbər"in əsas simalarından biri olan Ceyhun Səfərov SOCAR-da işə başlayıb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, C.Səfərov Rövnəq Abdullayevin əmri ilə yaxın günlərdə SOCAR-da vəzifə alacaq.

Dövlət Neft Şirkətində olan mənbənin məlumatına görə, onun SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinə mətbuat xidmətinin rəhbəri təyin ediləcəyi istisna edilmir.

Milli.Az