TƏCİLİ: Köçəryan həbs edildi

25 İyun 2019 16:17

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbs edilməsi ilə bağlı qərar verib.

Məhkəmə onun barəsində çıxarılmış, lakin sonradan ləğv ediliş həbs qərarını bərpa edib.

Eyni zamanda, Apellyasiya məhkəməsi işə yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərib.

Qeyd edək ki, R.Koçaryan, 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədar konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Milli.Az