“Şaban”ın azərbaycanlı gəlini doğulmamış qızına məclis təşkil etdi - FOTO

25 İyun 2019 17:54

Türkiyəli aktyor Ali Sunalın azərbaycanlı həyat yoldaşı Nazlı Qurbanzadə dünyaya gələcək övladları üçün "baby shower" partisi keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, övladlarına qovuşmaq üçün günləri sayan cütlük  ötən ilin martında evlənib.

Yaxın günlərdə onların qızı dünyaya gələcək. Ali və Nazlı qızına Narin adını qoymağı düşünür.

Qeyd edək ki, Ali Sunal "Şaban" ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğludur. Nazlı Qurbanzadə isə azərbaycanlı biznesmen Bülənt Qurbanzadənin qızıdır.

Milli.Az