“Saçımın tez ağarmağı başqa səbəbdəndir” - Gənc qardaşını itirən reper - VİDEO - FOTO

25 İyun 2019 19:54

ARB TV-nin "Öz evimizdir" proqramının növbəti qonağı reper Ramil Nabran olub.

Milli.Az xəbər verir ki, reper həyatında cavan itkilərin çox olduğunu deyib:

"Saçımın tez ağarmağı başqa səbəbdəndir. Pozitiv görünsəm də çətin günlərim çox olub. Cavan qardaş, dost itkim çox olub. 2017-ci ildə 32 yaşlı doğma qardaşım Nazim 15 günün içində rəhmətə getdi. Mən bilən boğazındakı yaradan rəhmətə gedib. Hər şey qardaşım dünyasını dəyişənə kimi idi. Cavan ölüm heç kimə arzulamıram".

Milli.Az