“S-400”lər təslim edilsə…” - ABŞ Türkiyəni hədələdi

25 İyun 2019 16:34

ABŞ-ın NATO-dakı nümayəndəsi Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı açıqlama yayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, açıqlamada Türkiyəyə növbəti dəfə xəbərdarlıq edilib:

"Gedişat Rusiyanın "S-400" sistemlərini Türkiyəyə təslim edəcəyini göstərir. "S-400"lər təslim edilsə, Türkiyənin "F-35" proqramındakı ortaqlığının dayandırılması ilə yanaşı, bir sıra nəticələri olacaq".

Milli.Az