Bakıda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

25 İyun 2019 15:09

Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Elşən Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az