Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı

25 İyun 2019 15:19

Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər Pakistan, Əfqanıstan, Banqladeş və bir sıra Şimali Afrika ölkələri vətəndaşları olub.

Saxlanılan miqrantlar arasında 14 qadın və 15 uşaq da var. Onların Türkiyədən deportasiya olunacaqları bildirilib.

Milli.Az