Yaxınını itirən ailə ehsandan imtina etdi, əvəzində… - FOTO

25 İyun 2019 20:34

Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğmasını itirən ailə olduqca nümunəvi addım atıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən şəxsin ailə üzvləri ehsan mərasimi əvəzinə kəndin üç küçəsini təmir etdiriblər. Bu barədə məlumatı sosial şəbəkə istifadəçisi Rəşad Babalı paylaşıb.

O bildirib ki, ailə ehsan mərasiminə xərclənəcək vəsaiti daha səmərəli işə sərf edib və illərdir kənd camaatının əziyyət çəkdiyi yolu düzəltdirib.

Ailənin atdığı cəsarətli və alqışalayiq addımı həm kənd camaatı, həm də sosial şəbəkə istifadəçiləri rəğbətlə qarşılayıb.

Milli.Az