"Bilirdim bu şou-biznes etibarsız adamlarla doludur" - Borcunu qaytarmadılar - FOTO

25 İyun 2019 12:39

"Çağırdığın adamlar gəldimi toyuna? Gəlməyənlər nəmərini göndərdimi?"

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də yeni ailə həyatı quran gənc müğənni Əhməd Mustafayevə müraciət edib.

Müğənni efir vasitəsi ilə bəzi həmkarlarından incikliyini dilə gətirib:

"Çox adam gəlməmişdi. Mən əslində bilirdim bu şou-biznes etibarsız adamlarla doludur. Onun üçün də ehtiyyatımı gözləmişdim. Amma elələri var ki, getmişəm, xeyir işlərində iştirak etmişəm, lazımı qədər nəməri də salmışam. Mən onları görmədim toyda". 

Xatırladaq ki, Əhməd Mustafayev aprel ayında Bakıda Səbinə adlı doğma əmisi qızı ilə ailə həyatı qurmuşdu. Cütlüyün ikinci toyu 10 gün öncə (15 iyun) Göyçayda baş tutdu.

Təhməz Təkin
Milli.Az