Nazir: "Azərbaycan alternativ enerji sahəsində Monteneqronun təcrübəsindən yararlana bilər"

25 İyun 2019 12:07

"Azərbaycan alternativ enerji sahəsində Monteneqronun təcrübəsindən yararlana bilər, bu sahənin inkişaf ölkəmiz üçün cəlbedicidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib.

Nazir bildirib ki, bu sahədə iki ölkə arasında fəallıq müşahidə olunur:

"Ölkələrimiz əməkdaşlıq üçün böyük potensiala malikdir, amma bu potensial tam istifadə olunmur. Biz ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirməliyik".

Milli.Az