Bütün namazların birinci və ikinci rükətlərində Fatihə surəsindən sonra istənilən surə bütöv şəkildə oxunmalıdır. Əsasən, İxlas, Qədr, Fələq, Nas, Kafirun kimi qısa surələrin oxunması savab sayılır. Amma namazların üçüncü və dördüncü rükətlərində Fatihə oxunmaz, əvəzinə ya qısa surə, ya da təsbihati-ərbəə oxunar.
Milli.Az islam.az-a istinadən bildirir ki, təsbihati-ərbəə, yəni dörd zikr bundan ibarətdir: "Sübhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər". Təsbihati-ərbəəni neçə dəfə söyləməyin vacibliyi barədə alimlərin arasında keçmişdə fikir ayrılığı olub. Bəziləri üç dəfə deməyi vacib bilib, bəziləri isə bir dəfə söyləməyi kifayət hesab ediblər. Hazırda təqlid edilən müctəhidlərin rəyinə görə, təsbihati-ərbəəni üç dəfə söyləmək müstəhəbdir. Amma bir dəfə söyləməyin maneçiliyi yoxdur. Xüsusilə, insan tələsəndə, namaz vaxtının axırına yaxınlaşanda təsbihati-ərbəəni bir dəfə söyləmək kifayətdir.
Milli.Az