Elmar Qasımov ipponla qazandı - 4-cü medal

24 İyun 2019 19:47

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medal qazanıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə ipponla qalib gəlib.

Qeyd edək ki, daha öncə Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Milli.Az