50 yaşdan sonra cinsi əlaqə yaddaşı gücləndirir

24 İyun 2019 20:59

Avstraliyalı psixoloq "Archives of Sexual Behavior" jurnalına maraqlı açıqlama verib.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, psixoloq sübut edib ki, 50 yaşdan yuxarı insanlar aktiv seksual həyat yaşayanda yaddaş ilə problemləri olmur. Alim iki illik təcrübəyə əsaslanaraq qeyd edir ki, yaşlananda aktiv cinsi həyat yaddaşı və partnyorların emosional yaxınlığını gücləndirir.

Allenin rəhbərlik etdiyi Vullonqon universitetinin alimləri bu məqsədlə 6 min insan arasında sorğu keçiriblər. Respondentlərin orta yaşı 60 il olub. Təcrübədə iştirak edənlərin intim həyatı barədə məlumatları toplayan alimlər həm də onların sağlamlıq vəziyyətləri ilə də maraqlanıblar.

Milli.Az