Üç həftə sonra özünə yeni sevgili tapdı

24 İyun 2019 20:34

Dünyaca məşhur müğənni Dua Lipa Isaac Carew ilə ayrıldıqan üç həftə sonra özünə yeni sevgili tapıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 23 yaşlı sənətçi Bella və Gigi Hadidlərin qardaşı Anwar Hadidlə eşq yaşamağa başlayıb. 

"The Sun" qəzeti yazır ki, 20 yaşlı Anwar bacılarının rəfiqəsi ilə Los-Ancelesdə tanış olub.

Xatırladaq ki, Lipa bundan əvvəlki sevgilisi ilə anidən ayrılmış, 18 aylıq münasibətinə son qoymuşdu.

Milli.Az