Zabit Səmədov Ramzan Kadırovla döyüşdü - VİDEO

24 İyun 2019 18:09

Azərbaycanlı K-1 ustası Zabit Səmədov "İnstagram" hesabında Çeçenistan prezidenti Ramzan Kadırovla maraqlı görüntülərini paylaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, videoda hazırda 2-ci Avropa oyunlarında fəxri qonaq olan Səmədovun Kadırovla məşq xarakterli döyüş keçirdiyi görünür.  

İdmançımız görüş haqqında fikirlərini bölüşüb: "Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə "Axmat" klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam".

Milli.Az