Qadınlar üçün cinsi istəyi artıran dərman kəşf edildi

24 İyun 2019 22:26

ABŞ-da menopoz dövründən əvvəl qadınlarda cinsi istəyi artıran dərman kəşf edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Palatin Technologies İnc" və "Amag Pharmaceuticals İnc" şirkətləri tərəfindən istehsal edilən dərmanın adı "Vyleesi"dir və artıq satışa icazə verilib.

Ehtimal edilir ki, "Qadın viaqrası" adlandırılan bu dərman bazara çıxdıqdan sonra il ərzində 1 milyard dollar gəlir gətirəcək.

Bu dərmanın qadınlarda azalan libidonu artıracaq. Bu dərman cinsi əlaqədən 45 dəqiqə əvvəl qadının qarın bölgəsinə iynə vasitəsilə yeridiləcək. Dərman insan beynindəki cinsi istəyi artırır.

Qeyd edək ki, həkimlər dərmandan gündə 1 dəfə, ay ərzində isə 8 dəfə istifadə etməyi məsləhət görürlər.

Milli.Az