“İntihara cəhdlərim oldu” - Tanınmış ifaçı depressiyaya düşməyindən danışdı - VİDEO - FOTO

24 İyun 2019 13:14

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub.

Milli.Az xəbər verir ki, müğənni ağır depressiya yaşadığı zamanlardan danışıb:

"Həmin dönəmdə üst-üstə gələn çox şeylər oldu. Çəkim 42 kiloqrama qədər düşmüşdü. Bütün günü evdə, yeyib-içmirdim, həyata marağım itdi. Hər kəsdən uzaqlaşdım. Burada həm şəxsi, həm sənət məsələsi var idi. Dostlardan riyakarlıq gördüm, tanıdığım və tanıdığımı zənn etdiyim insanlardan zərbələr aldım. Bütün bunlar 1 ilin içərisində baş verdi. Bu hal 2 il davam etdi. Ailəm də mənimlə bərabər dərin depressiyada idi. Toyum olacaqdı, bütün Azərbaycanın gözü bizdə idi. Toyuma 20 gün qalmış hər şey səbəbsiz yerə dağıldı. İşdən səbəbsiz çıxarıldım, haqsızlığa uğradım. Dərindən dərinə düşdüm. Bu, üzdən bilinmirdi, o dönəm efirə çıxırdım. İndi həmin lent yazılarına baxanda görürəm ki, üzümdə heç bir yaşam simptomu yoxdur. Özüm-özümə niftər edirdim. İntihara cəhdlərim oldu, amma boşa çıxdı. Özümü o durumdan çıxarmağa çalışdım. Psixoloji kitablar oxumağa başladım. Məni o durumdan çıxaran kimsə yox idi. Başa düşdüm ki, insan həyata tək gəlib, tək də gedəcək. Amma yaxşı ki, bütün bunlar keçib getdi. Hərçənd həmin illərdə vaxt keçmirdi".

Milli.Az