Buzova Türkiyə çimərliyindən FOTO paylaşdı

24 İyun 2019 11:54

33 yaşlı rus müğənnisi Buzova Türkiyədə konsert proqramı ilə çıxış edir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, müğənni artıq İnstaqram səhifəsində paylaşımlar edib. O, balkonda bikinidə foto çəkdirərək izləyiciləri ilə bölüşüb.

"Əgər mənim sevgilim olsaydı, bu balkonda uzun öpüş olardı", deyə Buzova yazıb. Amma Olqanın pərəstişkarları qeyd ediblər ki, əgər Buzova istəsəydi, çoxdan sevgilisi olardı.

Bununla yanaşı, fotoların fotoşop olunduğunu deyənlər də tapılıb.

Milli.Az