Banqladeşdə qatar relslərdən çıxıb: ölənlər və yaralılar var

24 İyun 2019 08:59

Banqladeşin şərqindəki Maulbibazar ərazisində sərnişin qatarının relslərdən çıxması nəticəsində ən azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli qəzet "Daily Star" bildirib.

Nəşrdə bildirilir ki, Silhet şəhərindən paytaxt Dəkaya qədər gedən "Upaban Express" qatarının vaqonlarından biri relslərdən çıxaraq kanala düşüb, digər iki vaqon isə kanalın sahillərinin yaxınlığında düşüb. Bir neçə vaqon relsdən çıxıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır.

Milli.Az