Qadın kişinin əl-qolunu bağlayıb, onu zorladı - FOTO

22 İyun 2019 11:09

ABŞ-ın Alabama ştatında qəribə hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 36 yaşlı qadın kişini zorlayıb. Alabama ştatının Taskalusa şəhərində yaşayan Cennifer Conson sosial şəbəkədə tanış olduğu kişi ilə zorla cinsi əlaqədə olub.

Cennifer kişiyə narkotik verib, ona qarşı seksual xarakterli hərəkətlər edərək həmin anları mobil telefonla kameraya çəkib. Onun zorakılıq əsnasında qəhqəhə çəkməsi kadrlara düşüb.

Alabama polisinin verdiyi məlumata görə, qadın kişinin əlini, qolunu və ağzını izolyasiya edici lentlə bağlayıb.

Cinayətin üstü qadının avtomobil oğurlaması ilə açılıb. Belə ki, avtomobil oğurladığına görə saxlanılan Cenniferin telefonundan onun əxlaqsız videoları çıxıb.

Qadın oğurluğu və zorakılığı etiraf edib və bildirib ki, əvvəllər fahişəliklə məşğul olub.

Fuad
Milli.Az