Əməkdar artistin HİCABINI AÇAN qızı Avropaya köçdü - FOTO

21 İyun 2019 16:35

Əməkdar artist Firuzə İbadovanın qızı Hülya övladı ilə Azərbaycanı tərk edib.

Milli.Az xəbər verir ki, bu barədə xanım sənətçi "Şou ATV"nin efirində məlumat verib.

Xanım sənətçi gözünün ağı-qarası olan yeganə qızının getdiyi yerdə hüzurlu olduğunu bildirib:

"Dözürəm! Mən bilirəm ki, o, getdiyi məkanda rahatdır. Qızımı Avropaya yolda saldım. Nəvəm də, qızımda getdi, ikisi də. Orada yaşayacaqlar. Nəvəm təhsilini orada davam etdirir. Hülya da ikinci təhsilini orada alacaq. Sentyabrda yanlarına gedəcəm. Amma çox çətindir".

Qeyd edək ki, 2008-ci ildə ailə həyatı quran Hülyanın evliliyi 2 il çəkmişdi. Bu evlilikdən əməkdar artistin 8 yaşında Hökümə adlı qız nəvəsi var.

Məhəmməd Vaqif
Milli.Az