Zibil toplayıb, sərvət qazanır

20 İyun 2019 23:46

Almaniyanın Duysburq şəhərinin sakini Cem Yılmaz pul qazanmağın qəribə yolunu tapıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, anası ilə birlikdə musiqi festivalı keçirilən meydançalardan şüşə və plastik qablar toplayaraq satır.

Yılmaz bildirib ki, bu yolla ildə 23 min avro qazanır.

"Bu yaxınlarda keçirilən "Rock am Ring" festivalında 85 min adam iştirak etmişdi. Həmin festivaldan sonra yığdığım qabları 9 min avroya satmışam" deyə, o bildirib.

Qeyd edək ki, bu qazanca görə o böyük miqdarda vergi ödəyir.

Milli.Az