Adebayor göndərildi

20 İyun 2019 21:16

Türkiyənin "Başakşəhər" klubu futbolçusu Emanuel Adebayorla yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı hücumçunun 2020-ci ilə qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edillib.

2016-cı ildən İstanbul klubunda çıxış edən Adebayor son mövsümdə 19 oyuna 3 qol vurub.

Qeyd edək ki, toqolu forvard karyerası ərzində "Monako", "Arsenal", "Mançester Siti", "Real" və "Tottenhem"də də oynayıb.

Milli.Az