Mədəndə qaz iki nəfəri boğdu

20 İyun 2019 20:14

İranın şimalında yerləşən Mazandaran vilayətinin Savadkuh rayonundakı Şirdərə daş-kömür mədənində 2 işçi qazdan boğulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Savadkuh rayonunun qubernatoru Səid Yəzdani deyib.

Qubernator bildirib ki, Mazandaran vilayəti Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri hadisə yerinə ezam olunublar.

Milli.Az