Mədət Quliyev DTX rəisi vəzifəsindən azad edildi

20 İyun 2019 17:56

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Digər sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilir.

Milli.Az