Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi

20 İyun 2019 17:50

Prezident İlham Əliyev R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Milli.Az