"Ürəklə sevən qadın çox şey umur" - Gülay

20 İyun 2019 18:13

Müğənni Gülay Zeynallı sevgidən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gündən günə" verilişində qonaq olan zaman sənətçi xanımlara məsləhət verib:

"Xanımlar ürəklə yox, qoy, ağılla sevsinlər. Çünki ürəklə sevən qadın çox şey umur. Qadında belə bir xüsusiyyət var: sevəndə elə bilir ki, həmin insan heç vaxt həyatından getməz. Qəlbi sınanda isə həyatından elə silə bilər ki... Düşünürsən ki, görəsən, belə bir insan həyatımda olub, yoxsa yox".

Milli.Az