Ermənilər cəbhə xəttində qəbiristanlığı yandırıblar - FOTO

20 İyun 2019 17:23

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ermənilərin işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

Qeyd edək ki, işğal altında olan torpaqlarımız nəzarətsiz olduğundan erməni hərbçiləri istənilən vaxt yanğın törədirlər.

Milli.Az