Pakistanda 35 yaraqlı məhv edildi

12 Aprel 2010 11:58
"Associated Press" agentliyinin məlumatına görə, əməliyyat zamanı 35 yaraqlı məhv edilib. Toqquşmada Pakistan ordusunun 2 hərbçisi də ölüb. Rəsmi məlumata görə, əməliyyat yaraqlıların 2 nəzarət buraxılış məntəqəsini atəşə tutmasından sonra keçirilib.

Milli.Az