"Real"dan "Atletiko"ya keçdi - 40 milyona

20 İyun 2019 20:40

İspaniyanın "Atletiko" klubu heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi şəhərin digər komandası "Real"ın yarımmüdafiəçisi Markos Lyorenteni transfer edib. "Hindular" bu keçid üçün 40 milyon avro təzminat ödəyib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ispaniyalı oyunçu "Real"ın yetirməsidir. Lyorente "kral klubu"nun əsas komandasında 22 oyuna çıxıb.

Milli.Az