Rəqsanənin İnstaqramını oğurladılar - VİDEO

20 İyun 2019 17:48

Müğənni Rəqsanə İsmayılovanın başına iş gəlib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə də müğənni xanımın İnstaqram səhifəsi oğurlanıb.

Bu barədə məlumatı  ifaçının qızı Aysun verib.

"Artıq 2-ci dəfədir ki, anamın İnstaqram səhifəsi oğurlanır. Gecə saat 3-də mənə zəng edib bildirib. İndi vermişik dostlarımız sağ olsun, bərpası üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, ifaçı bir müddət öncə çılpaq fotosunu paylaşaraq gündəmi zəbt etmişdi.

Milli.Az