Marketdən alınan şampunları unudun - Evdə şampun və maska hazırlamağın ən ucuz üsulları

20 İyun 2019 20:50

Yay mövsümü vücudumuzun həm daxildən, həm də xaricdən yeniləndiyi və bunun üçün bir çox növdə əlavə dəstəyə ehtiyac olduğu mövsümdür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu mövsümdə artıq çəkidən qurtulmaqla yanaşı, dərini və saçları yeniləyəcək, canlandıracaq maskalara ehtiyac olur.

Saçlarınızı gücləndirəcək və sağlamlığını dəstəkləyəcək maska və şampunları sizlərlə bölüşürük.

Saçlarınızın baxımlı və gözəl görünməsi üçün ovuc-ovuc pul xərcləməyinizə ehtiyac yoxdur. Bunun üçün təbii qidalardan və maddələrdən hazırlana bilən şampunlar və maskalar var. Bəzən saçınızın ehtiyacı olan tək şey kimyəvi maddələrdən uzaq qalması ola bilər. Bunun üçün klassik şampunlar yerinə, təbii maddələrdən ibarət məhsullardan istifadə edin.

Limon, aloe vera və bibər şampunu

-2 ədəd limonun suyu

-1 su fincanı aloe vera geli

-1/2 su fincanı tumsuz çəkilmiş bibər

Məhsulları blenderə əlavə edib qarışdırın. Daha sonra plastik qaba tökün. Qarışığı soyuducuda saxlayın. Bu maskadan hər gün istifadə edə bilərsiniz. Şampun saçlarınıza detoks etmək və baş dərisini nəmləndirmək üçün effektivdir. Limon saçlarınızda rəngin dəyişməsinə səbəb ola bilər. Bu qarışıqdan istifadə etdikdən sonra saç dibinin qaşınmasının yox olacağını görəcəksiniz.

Hindistan qozu südü və aloe vera​

-1/2 su fincanı Hindistan qozu südü

-1 su fincanı aloe vera geli

Məhsulları bir spatula və ya qaşıqla qarışdırın. Daha sonra plastik qaba əlavə edin. Soyuducuda və ya havası daim yenilənən bir yerdə saxlayın. Bu qarışıq saçınızın pH səviyyəsini balanslaşdıracaq.

Yağlı saçlar üçün detoks

1/2 su fincanı soda

-1 su fincanı ilıq su

Sodanı su ilə qarışdırın. Bir müddət gözlədin. Saçınızı yaxşıca isladın. Bu qarışığı fırça köməkliyi ilə saçlarınızın hər yerinə sürtün. Bir neçə dəqiqə masaj edin və 5 dəqiqə gözləyin. Ardınca ilıq su ilə yuyun və saçlarınızı darayın. Bu maska saçlarınıza detoks etmək üçün mükəmməldir. Çünki soda ölü hüceyrələri aradan qaldırır. Yığılmış yağları təmizləyir.

Digər üsullar

İçində aroma və süni qidalandırıcı olmayan təbii sulardan içməyə çalışın. Marketdən alınan şampun yerinə təbii məhsullarla saçlarınıza qulluq edin. Gel, sprey, serum kimi gözəllik vasitələrindən uzaq durun. Ən az ayda bir dəfə saçlarınıza maska qoyun.

Milli.Az